Yanvarın 19-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılacaq.
Xalq Rəssamı Ağəli İbrahimov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə 80-dək rəssamın müxtəlif mövzuda yaratdığı portretlər nümayiş olunacaq.
Sərgi çərçivəsində “Uğurlu rəsm əsəri” seçiləcək, qaliblərə diplom və hədiyyələr təqdim ediləcək.
Bir həftə davam edəcək sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, plakat, tətbiqi incəsənət və digər janrlarda əsərlər təqdim olunacaq.
azertag.az