Günün qoroskopu
10.9.2012

Qoç - Qətiyyətli, enerjilisiniz, sözü üzə deyirsiniz - bu, böyük uğur vəd etsə də, ətrafınızdakılarla münasibətlərinizi ciddi surətdə korlaya bilər. Tənqidi iradlardan çəkinin.
İdman və aktiv istirahət etməyə çalışın. Səfərlər pis keçməyəcək. Vacib görüşləri günün ikinci yarısına təyin edin: bu dövr sizinçün ən münasib vaxtdır. Yaxın adamınız xoş sürprizlə sizi sevindirəcək.

Buğa - Səliqə və ciddilik tələb edən xırda işlərlə məşğul olun. Vaxtınızı düzgün bölüşdürür, gücünüzü lazım olmayan işlərə sərf etmirsiniz. Alış-veriş uğurlu olacaq. Yarımçıq qalmış bəzi məsələləri həll etməyiniz tələb oluna bilər.
Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin hazırlanması rahat olacaq. Axşam dostlarla, yaxud sevgilinizlə görüş təyin edə bilərsiniz. Evə yaxın olmağa çalışın, planlaşdırılmamış səfərlərdən imtina edin.

Əkizlər - Asan qələbələr günüdür. Yeni işlərə başlarkən nümayiş etdirdiyiniz entuziazm uğurunuzun əsas səbəbidir. Özünüzə tərəfdaş saymadığınız birindən dəstək ala bilərsiniz. Yeni perspektivli bir layihə də sizi gözləyir.
İnvestisiyalar üçün münasib gündür, həm özünüzün, həm də tanışlarınızın, ailə üzvlərinizin biznesinə yatırımlar edə bilərsiniz. Səfərlər yaxşı keçəcək, uzaq yerlərə səyahətə getmək olar. Bunlar romantik macəralarla bağlı ola bilər.

Xərçəng - Gün sakit keçir. Tələsmədən, vurnuxmadan problemləri bir-bir həll edir, başqalarına nümunə göstərirsiniz. Peşəkar mövqelərinizi möhkəmləndirə, yeni tərəfdaşlar tapa bilərsiniz. Tanışlıqlar hər cəhətdən faydalıdır. Maraqlı iş təklifləri almağınız mümkündür.
Pul da ala bilərsiniz: lazımi vaxtda lazımi yerdə ola bilsəniz, onun qədəri xeyli çox ola bilər. Şəxsi problemlərin həllinə tez nail olacaqsınız, çünki emosiyalara qapılmayaraq sağlam düşüncəyə arxalanırsınız.

Şir - Xeyli gözlənilməz hadisələr baş verəcək. Bunların böyük qismi ailə ilə bağlıdır. Heç də hamı yaranan şəraitdə necə hərəkət etmək lazım olduğunu bilməyəcək. Ancaq hər şey yaxşı bitəcək, böyük itkilər olmayacaq.
Yeni münasibətlərin başlanması mümkündür. Bunların necə - işgüzar, dostluq, yoxsa romantik - xarakterdə olması isə yalnız sizdən asılıdır. Köhnə əlaqələrin bərpası, fikir ayrılıqlarının aradan qaldırılması üçün münasib gündür. Səhvlərinizi boynunuza almağa və onları düzltməyə hazırsınız.

Qız - Gözlənilməz hadisələr bu gün sizin də qonağınızdır. Bunların əksəriyyəti xoş olacaq. Nə dəyişirsə, qoyun dəyişsin - hər şey yaxşılığa doğrudur. Əvvəlcə buna xeyli şübhə edəcəksiniz, sonra isə uğurlu olduğunuza əmin olacaqsınız.
Darıxmağa vaxtınız olmayacaq: işləriniz və məşğuliyyətləriniz çox müxtəlifdir, istedadlarınızı üzə çıxararaq özünüzü ən yaxşı tərəfdən göstərmək şansınız olacaq. Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin hazırlanması, viza və icazələrin alınması asan olacaq.

Tərəzi - İstənilən görüş, həmçinin ziyafətlərdə iştirak üçün münasib gündür. İşgüzar danışıqlar yaxşı keçir, köhnə şəxsi məsələləri gözlənilmədən və asanlıqla həll etmək şansınız yaranacaq. Bəzən işlərinizə yaxşı tanımadığınız adamlar qarışırlar, maraqlıdır ki, bunun sizə ancaq faydası toxunur. İdeyalarınız əladır, onları asanlıqla gerçəkləşdirə bilərsiniz. Pul almağınız mümkündür.
İşləriniz bəzən axsasa da, siz təmkininizi pozmur, emosiyalara qapılmırsınız. Belə davranış mükafata layiqdir və siz onu tezliklə alacaqsınız.

Əqrəb - İş görmək vaxtıdır. Məşğul olduğunuz məsələlər nə qədər dolaşıqdırsa, onları çözmək sizin üçün bir elə asandır. İşlərinizdə xeyli irəliləyiş mümkündür, ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Ancaq qətiyyət tələb olunacaq. Asan qələbələrə ümid etməyin.
Maliyyə baxımından yaxşı gündür. Xeyli pul ala, uğurlu alış-veriş edə bilərsiniz. Şou-bizneslə əlaqəsi olan, mədəni tədbirlərin təşkili, sənət əsərlərinin satışı ilə məşğul olan Əqrəblərin bağladıqları sövdələr daha gəlirli olacaq.

Oxatan - Dəyərli həyat təcrübəsi qazanacağınız, eyni zamanda qeyri-adi hisslər yaşayacağınız gündür. Bəzi hadisələr mistik xarakter daşıyacaq. Meditasiya, psixoloq və ya astroloqla görüş üçün münasib gündür. İntuisiyanız çox güclüdür, bəzi Oxatanlar gələcəkdən xəbər verəcəklər.
Ünsiyyətə can atırsınız, asanlıqla tanışlıqlar qurursunuz. Diqqətli və ehtiyatlı olmağınız məsləhətlidir: təəssüf ki, sizə doğru can atanların arasında keyfiyyətsiz insanlar da var. Yeməyinizə diqqət edin - qidadan zəhərlənmək ehtimalı yüksəkdir.

Oğlaq - Qeyri-adi ideyalarınız, orijinal hərəkətləriniz nəinki ətrafınızdakılar, elə sizin üçün də gözlənilməz olacaq. Emosiyalarınız həddən artıq güclüdür və siz onlara boyun əyirsiniz, xoşbəxtlikdən, nəticəsi kədərli olmur.
Asanlıqla tanış olursunuz, yeni eşq macərası başlana bilər. Hamıya inanırsınız, təsadüfdən, bu gün rastınıza yaxşı adamlar çıxır. Nikaha girmək, yaxud sevdiyinizlə bir damın altına köçmək üçün uğurlu gündür.

Dolça - Qeyri-standart qərarlar, qeyri-adi davranışlar günüdür. Hər şeyə hazırsınız, ancaq bəzən diqqətiniz yayınır, ehtiyatı əldən verirsiniz. Çox vaxt bəxtiniz gətirir. Problemlər yarandığı zaman onları həll etmək üçün lazım olan adamlar özlərini tez yetirirlər. Nüfuzlu insanların yardımına güvənə bilərsiniz.
Böyük məbləğdə pul ala bilərsiniz. Hansısa köhnə borcunuzu qaytarmaq şansınız olacaq. Sevgidə də bəxtiniz gətirir. Bir çox Dolçalar üçün gün taleyüklü tanışlıqla əlamətdar olacaq.

Balıqlar - Təşəbbüs göstərmək vaxtıdır. Ən cəsur ideyalarınızı reallaşdıra bilərsiniz. Bunları başqaları ilə də müzakirə etmək olar. Çox enerjilisiniz, haqlı olduğunuza o qədər əminsiniz ki, kimsə sizinlə mübahisə etmək istəməyəcək. Pul ala bilərsiniz, maaşınızın artması da mümkündür. Dəyərli kağızlar almaq olar.
Cazibəniz qarşı cinsin nümayəndələrini başdan çıxarır. Əgər kiminsə qəlbini fəth etmək istəyirsinizsə, bu gün bu işdə elə bir çətinliyiniz olmayacaq. Günün ikinci yarısı romantik görüş üçün idealdır. Xoş sürprizlər alacağınız istisna deyil.

Milli.Az