Almaniyada N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, yazar və tədqiqatçı Nuridə Atəşi Almaniya Yazarlar Birliyinə üzv seçilib.
Bu barədə İnstitutun Mətbuat Şöbəsindən bildirilib. Artıq Almaniya Jurnalistlər Birliyinin və P.E.N. Alman Mərkəzinin üzvü olduğunu deyən N. Atəşi Almaniya Yazarlar Birliyinə üzv olmasını daha yüksək qiymətləndirib: “Mənə göstərilən bu etimadı almandilli yazar olaraq Almaniya ədəbiyyatında bir daha özünü təsdiq və böyük məsuliyyət kimi qiymətləndirirəm”.
İnstitutdan o da bildirilib ki, indiyə qədər yalnız Məhəmməd Əsəd Bəy (Qurban Səid) yeganə azərbaycanlı olaraq, alman yazarı kimi bütün dünyada tanınmış və Almaniya Yazarlar Birliyinin üzvü ola bilmişdi.
APA