Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin. Bunu Vyetnam prezidenti Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.
Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.
Ç.D.Kuanq bidlirb ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompyuter məhsullarını Azərbaycana ixrac etməyə hazırdır.
Vyetnam prezidenti eyni zamanda, turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxlmasının da lazım olduğunu deyib.
trend.az