“Nokia” yeni smartfonu “Lumia 920″-ni noyabr ayında satışa çıxaracaq. “Microsoft”un “Windows” əməliyyat sistemindən istifadə edən “Lumia 920″-ni buraxmaqla “Nokia” smartfon bazarında “Apple”, “Samsung” kimi şirkətlərlə rəqabət aparmağa çalışacaq.
Bundan əvvəlki “Nokia” smartfonuna çox bənzəyən “Lumia 920″ çərşənbə günü təqdim edilib. Noyabrda satışa buraxılacaq smartfonların qiymətlərinin təxminən “Samsung”-un “Galaxy S3″ telefonları ilə oxşar qiymətlərə satılacaq. “Galaxy s3″ bir çox ölkələrdə təxminən 580 avroya satılır.
Vaxtilə dünyanın ən böyük telefon istehsalçısı olan “Nokia” sürətlə inkişaf edən smartfon bazarında “Apple”, “Samsung” kim rəqiblərindən geridə qalıb. Keçən rübdə 3 milyard avrodan çox maliyyə itkisi verən şirkət 10 min işçisini ixtisar etmək məcburiyyətində qalıb.
Big.az