Martın 8-də Avropa Parlamentinin üzvü xanım Norika Nikolainin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Gürcüstanın və Azərbaycanın Avropa İttifaqında diplomatik missiyalarının birgə təşkilatçılığı ilə “Əli və Nino” filminin Brüssel şəhərində Avropa premyerası olacaq.
Bu barədə məlumatı TEAS “facebook” səhifəsində bölüşüb. Filmin nümayişinə Azərbaycan Respublikasının Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Gürcüstanın Belçika və Lüksemburqda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Natali Sabanadze, TEAS-ın Belçika nümayəndəliyinin direktoru Mark Vervilgen ev sahibliyi edəcək.
Filmin nümayişindən sonra keçiriləcək mətbuat konfransında Norika Nikolai iştirak edəcək.
Qeyd edək ki, “Əli və Nino” filminin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Filmin Avropa premyerasında iştirak etmək üçün fevralın 24-dək http://bit.ly/alininobruxelles linkində qeydiyyatdan keçmək lazımdır.
azertag.az