Avstarliya səmasında UNO-şou - Video
10.9.2012

“Voestalpine Klangwolke” festivalında işıqlandırılmış aparatların fiqur şəklində səmaya buraxılması izlənilib. Kadrlardan da göründüyü kimi, işıq saçan fiqurlar səmada müxtəlif forma alıb. Fiqurların sayı isə cəmi 49 olub.

Məlumata görə, UNO-lar kompüter vasitəsilə uzaqməsafədən idarə olunan aparatla idarə edilib və onların uçuşları millimetrədək hesablanıb.

Hadisədən xəbəri olmayan turistlər olaydan çox təəccübləniblər.

Qeyd edək ki, 1979-cu ildən baş tutan “Voestalpine Klangwolke” festivalı hər il Dunay sahillərində bəstəkar Anton Brukner adına konsert mərkəzində keçirilir. Bu il isə ilk dəfə kənarda-Linsdə keçirilən festivalda 90 min tamaşaçı iştirak edib.

Video

Big.az