Sentyabrın 22-də Bakı Caz Mərkəzinin səhnəsində tanınmış caz musiqiçilərinin iştirakı ilə yeni mövsümün açılışına həsr olunmuş qala konsert keçiriləcəkdir.
Konsert proqramında Azərbaycanın Əməkdar artistləri İsfar Sarabski, Emil Əfrasiyab, Rəin Sultanov, Sevda Ələkbərzadə, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, müğənnilər Elmira Ələkbərzadə, Samirə Allahverdi, Günel Qurbanova, eləcə bir çox digər ifaçılar və caz musiqiçiləri iştirak edəcəklər.
AzərTAc