Hər bir adamın dostları var, lakin onlardan bir neçəsi ailənin həqiqi üzvünə çevrilir. Alimlərin fikrincə, sözün hərfi mənasında bizim “qohumlarımız” məhz ona görə bu dərəcədə yaxındırlar ki, həqiqi dostların DNT-si kifayət qədər bir-birinə oxşardır.
Kaliforniyada Ceyms Faulerin başçılığı altında mütəxəssislər tərəfindən adamlar arasında yaxın dostluğun əsas səbəbləri tədqiq olunub. Eksperiment zamanı ABŞ-ın kiçik şəhərlərindən birində yaşayan iki mindən çox adamın genetik kod məlumatlarından istifadə edilib.
Alimlər könüllülərin genlərində 500 min birhərfli markerləri tədqiq ediblər. Aşkar edilib ki, ən yaxın dostlarda DNT 0,1 faiz eynidir. Buradan belə çıxır ki, biz öz dostlarımızla 0,1 faiz eyniyik. Bu cür oxşarlıq olduqca kiçik görünə bilər. Lakin yaxın qohumların DNT oxşarlığını müqayisə etməklə görmək olar ki, onlarda da DNT 0,1 faiz oxşardır.
Ceymsin fikrincə, bu cür göstəricilərə görə adamda belə fikir yaranır ki, tədqiqata cəlb edilənlərin ulu nənə və babaları eynidir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, yaxın dostların çox vaxt eyni iydən xoşları gəlir. Onların yemək, rəng və s. seçimində də ümumi cəhətləri çoxdur.
azertag.az