Azərbaycan «Forbes»in yeni reytinqində 78-ci yeri tutub
4.10.2011

Nüfuzlu «Forbes» jurnalı biznes üçün ən əlverişli şəraiti olan ölkələrin növbəti reytinqini (Best Countries for Business) açıqlayıb. Azərbaycan bu reytinqində 78-ci yeri tutub. Birinci yeri Kanada, sonuncu, 134-cü yeri isə Çad tutub.
Reytinqdə Azərbaycanın ÜDM-in artım tempi 5%, adambaşına düşən gəlir 10,9 min dollar, ticarət balansının isə ÜDM-ə nisbəti isə 27,7% səviyyəsində göstərilib.