Kapital Bank onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yenilənmiş Mobil və İnternet Bankçılıq xidmətini təqdim edir.
Bankdan verilən məlumata görə, bank geniş imkanlara malik, lakin istifadədə daha sadə olan yenilənmiş Mobil Bankçılıq xidmətini müştərilərin istifadəsinə verib. Azərbaycanda ilk dəfə olaraq müştərilər https://e-kapitalbank.az/ saytına daxil olub, 1 dəqiqə vaxt sərf edərək, Kapital Bankın istənilən plastik kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.
Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Mobil Bankçılıq xidməti vasitəsilə Kapital Bank müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.
Bundan başqa, tətbiq vasitəsilə kommunal / rabitə ödənişlərini həyata keçirmək, kart və digər hesablara köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, həmçinin virtual kart sifariş etmək mümkündür. Daha ətraflı məlumat və tətbiqi yükləmək üçün - https://kapitalbank.az/internet-banking
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
trend.az