“SAZZ 4G” “Wi-Fi” mərkəzinin qiymətini endirib
11.9.2012

“SAZZ 4G” internet “IX 350 WiMax Wi-Fi” mərkəzinin qiymətinə endirim tətbiq edib.

Şirkətdən verilən məlumata görə, əvvəllər 160 manat dəyərində olan bu modem hazırda 110 manata istifadəçilərə təqdim olunur.

Qeyd edək ki, “IX350 WiMax Wi-Fi” mərkəzi internetə kollektiv girişi təmin edən çoxfunksiyalı stasionar modemdir.

Bu modem evdə və ya iş yerində “SAZZ” internetə bağlanıb “Wi-Fi” şəbəkəsini və beləliklə maksimal yükləmə sürəti 10 Мb/s ilə genişzolaqlı internetə daxil olmaq imkanını yaradır.

“WiMax Wi-Fi” mərkəzinin daxili “Wi-Fi” modulu və 4 LAN/Ethernet portu olduğundan əlavə heç bir qurğuya ehtiyac olmadan ev şəraitində həm “Wi-Fi”, həmçinin də kabel şəbəkəsi yaratmaq mümkündür.


Gün.Az