“Qəliz adamlar” tamaşasının məşqlərinə başlanılıb
25.1.2017

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yəhudi dramaturq Yosef Bar-Yosefin “Qəliz adamlar” pyesi üzərində məşqlərə başlanılıb.

Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev müsahibəsində bildirib ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Tamaşanın quruluşçu rejissoru Nicat Qəribdir. Səhnə əsərində insan faktoru, insani dəyərlər əsas götürülür.

Bir pərdəli tamaşada rolları Əjdər Zeynalov, Ruhiyyə Paşayeva, Emin Sevdiməliyev, Niyaməddin Səfərəliyev və başqaları oynayırlar.

Tamaşanın premyerası Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək.

azertag.az