Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığına işıq salan fotosərgi açılacaq, musiqi mədəniyyətindəki xidmətlərindən danışılacaq.
Gecədə xalq və bəstəkar mahnıları ilə yanaşı, muğamımız da səslənəcək.
Qeyd edək ki, tədbirə AZƏRTAC da informasiya dəstəyi verəcək.
azertag.az