Uşaq incəsənət məktəbində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir
25.1.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbində xoreoqrafiya şöbəsinin rəqs kollektivlərinin iştirakı ilə “İslam Həmrəyliyi İli”nə həsr edilmiş tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə şöbənin müdiri Təranə Salamova çıxış edərək “İslam Həmrəyliyi İli”nin elan edilməsini İslam dünyasında baş verən ən mühüm hadisələrdən biri kimi dəyərləndirib.

Uşaq incəsənət məktəbinin direktoru Dəyanət Quliyev bildirib ki, xoreoqrafiya şöbəsi məktəbin ən fəal şöbələrindən biridir. O, rəqs müəllimlərinə, musiqiçilərə və ansamblın üzvlərinə minnətdarlığını bildirib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonda “Cəsurlar”, “Şənlik” və “Dilbərim” rəqs ansambllarının ifasında türk, kəşmir, özbək rəqsləri təqdim olunub.

azertag.az