Kapital Bank "Xəzri" sistemi üzrə daha 50 müştərini mükafatlandırdı
25.1.2017

Kapital Bank “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereyasının 2-ci tirajı keçirilib. Bankdan verilən məlumata görə, nəticədə bu sistemin əlavə 50 müştərisinin hər biri 100 manat qazanıb.

Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər. Lotereyada hər göndərilən 100 manat, 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1000 manat qazanacaq.

“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

trend.az