Azərbaycan badam əkin sahələrini artırır
25.1.2017

Bu gün Milli Məclisin Aqrar siyasət Komitəsinin iclasında Komitənin 2016-cı il payız sessiyasının yekunlarına dair gördüyü işlər, 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunaraq təsdiqlənib.

Komitənin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən "Kənd təsərrüfatı sığortasının stimullaşdırılması haqqında" qanun layihəsi may ayında müzakirəyə çıxarılacaq.

Komitə sədri Eldar İbrahimov bildirib ki, ölkəyə valyuta gətirən kənd təsərrüfatı məhsullalrının istehsalı inkişafı davam etdiriləcək: "2015-ci ildə kənd təsərrüfatı məhsullarının 1 mlrd. manat dəyərində ixracı həyata keçirilib. Yəqin ki, bu rəqəm 2016-ci ildə 1 mlrd. manatdan artıq olacaq. O sahələri inkişaf etdirəcəyik ki, ölkəyə valyuta gətirsin. Bura badam istehsalı da daxildir. Hazırda badam sahələri əsasən Naxçıvanda mövcuddur. Gələcəkdə bu sahələrin Bakı ətrafında da olması mümkündür".

report.az