“Çeviz ağacı” tamaşasının məşqlərinə başlanılıb
25.1.2017

Bu həftədən tanınmış yazıçı-dramaturq Aqşin Babayevin “Cerviz ağacı” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu sözləri İrəvan Dövlət Azərbaycan Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev deyib.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, musiqi tərtibatçısı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir. Rolları İftixar Piriyev, Əməkdar artistlər Vaqif Kərimov, Rəşid Səməndər, aktyorlar Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Əjdər Zeynalov, Məryəm Qələndərova, Şəbnəm Cəfərova və başqaları ifa edəcəklər.

Səhnə əsərinin premyerası cari ilin aprelində Akademik Milli Dram Teatrında keçiriləcək.

azertag.az