Əfsanəvi müğənni Elvis Presliyə məxsus “İncil” çıxarıldığı hərracda 94 min dollara satılıb.
1600 səhifəlik kitab Presliyə 1957-ci ildə Milad hədiyyəsi kimi dayısı Vester və xalası Klettes tərəfindən verilib.
Kitabın içində müğənni tərəfindən yazılmış əlavə qeydlər də var. Presliyə məxsus “İncil”-i adı açıqlanmayan Britaniyada yaşayan bir amerikalı alıb.
Hərracda həmçinin Elvis Presliyə məxsus 100-dən çox əşya satışa çıxarılıb.
ANN.Az