“Gəncləşən sazım” adlı tədbir keçiriləcək
26.1.2017

Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Folklor ənənələrinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Gəncləşən sazım” adlı tədbir keçiriləcək.

Nazirlikdən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd xalqımızın əsrlər boyu qoruyub saxladığı və inkişaf etdirdiyi aşıq sənətini təbliğ etməkdir. Layihə aşıq sənətinin bölgələrdə geniş yayılmasını təşkil etməklə sənətə yeni simaların gəlməsinə, gənclərdə bu sənətə marağın artırılmasına və istedadların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.

azertag.az