Yanvarın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə turizm sahəsində təhsil alan tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.
Təlim “AtaHolding” əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılıb. Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat verilib. Təlim iştirakçıları arasında fəaliyyətin planlanması, biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib.
Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunuldu. Elməddin Hüseynov bildirib ki, tələbələr təlimə böyük maraq göstəriblər və düşünürəm ki, əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar.
“Excelsior Hotel Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.
trend.az