Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsi açıla bilər. Bu barədə
universitetin rektoru Abel Məhərrəmov bildirib. APA-ya istinadən verilən
məlumata görə, hazırda bu istiqamətdə Latviya və Türkiyə
universitetləri ilə müəyyən məsləhətləşmələr aparılır. Rektorun
sözlərinə görə, BDU-da belə fakültə açılarsa, yalnız tibb işçiləri
hazırlanmayacaq: “Dəqiq və təbiət elmlərini tibb elminin inkişafına
yönəltmək, səfərbər etmək arzumuz var. Molekulyar biologiyanı,
immunologiyanı, biofizikanı bu istiqamətə yönəltmək üçün əlimizdə zəmin
olmalıdır. Tibb elminin inkişafı həkimlərlə bərabər təbiət elmlərinin
üzərinə də düşür. Ona görə də belə bir fakültənin açılması vacibdir”.