Ancelina Coli İstanbula gəlir
11.9.2012

İstanbul Başakşahirdə təşkil olunacaq Qızıl Tərəzi Film Festivalının sürpriz qonağı Hollivud ulduzu Ancelina Coli olacaq.

İstanbul Universiteti Hüquq Fakultəsi və Başakşehir belediyyəsinin birgə təşkil etdikləri, əsas möxzusunun "Qadına şiddət və cinsi ayrı-seçkilik" olduğu Beynəlxalq Qızıl Tərəzi film festivalına Ancelina Coli öz iştirakı ilə ayrı bir rəng qatacaq.

Coli festival çərçivəsində keçiriləcək olan, Türkan Şorayın, prof. Şahika Yüksel, prof. Bengi Semerci, prof.dr. Dmitri Dimoulis, Selm İleri, Zeki Demirkubuz kimi tanınmış şəxslərin də çıxış edəcəyi bir simpoziuma qatılacaq.

publika.az