Sentyabrın 21-23-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi yarışları keçiriləcəkdir.
Azərbaycan Güləş Federasiyasından bildirilmişdir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin proqramına əsasən sentyabrın 20-də görüşləri idarə edəcək hakimlərin seminarı və texniki iclas keçiriləcəkdir.
İlk gün sərbəst, ikinci gün qadın, üçüncü gün isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Yarışlar hər gün saat 10.00-da, final görüşləri saat 17.00-da başlayacaqdır.
Turnirin rəsmi açılış mərasimi sentyabrın 21-də saat 17.00-da keçiriləcəkdir.
© AzərTAc