"Amrahbank" istənilən məbləğdə xarici valyutanın nağd və qeyri-nağd alışını-satışını həyata keçirir
26.1.2017

“Amrahbank”da müştərilərin ehtiyac və tələblərinə uyğun olaraq, istənilən məbləğdə xarici valyutaların alış-satışını nağd və qeyri-nağd şəkildə həyata keçirmək mümkündür.

Bu barədə “Amrahbank”dan verilən məlumatda bildirilir.

Qeyd olunur ki, ümumiyyətlə müştərilərinə əlvərişli tariflər və şərtlər təklif edən “Amrahbank”da valyuta mübadilə xidmətlərinin aşağıdakı növləri təklif edilir:

-cari alqı-satqı kurs üzrə xarici valyutanın alınması və satılması;
-cari alqı-satqı kurs üzrə bir xarici valyutanın digər xarici valyutaya mübadiləsi.

trend.az