UEFA-nın nümayəndələri Bakıda olmuşlar
11.9.2012

UEFA-nın Şərq regionu üzrə bölgə direktoru Bruno Volfisberq və kommersiya məsələləri üzrə mütəxəssisi Kris Vilson Bakıda səfərdə olmuşlar.
UEFA rəsmilərinin səfərində məqsəd Bakının “Neftçi” futbol klubunun Avropa Liqası turniri çərçivəsində keçirəcəyi oyunlar öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olmuşdur.
Qonaqlar qarşılaşmaların keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna baxış keçirmişlər. Bununla yanaşı qonaqlar kommersiya, mətbuat və digər təşkilati məsələlərlə bağlı öz tövsiyələrini vermiş və UEFA-nın tələblərini “Neftçi”yə bildirmişlər.
Avropanın ali futbol qurumunun nümayəndə heyəti oktyabrın 4-də keçiriləcək “Neftçi”–“İnter” (İtaliya) oyunu ərəfəsində daha geniş heyətlə ölkəmizə səfər edəcəklər.

AzərTAc