Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub.
Rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İştirak etmək istəyənlər xsm.2016@mail.ru elektron ünvanına müraciət edə bilərlər. 15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 15-də bitir.
Müsabiqənin nəticəsinə uyğun olaraq sonda qaliblər mükafatlandırılacaq.
azertag.az