Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktik konfrans işə başlayıb.
Konfransda xüsusi qonaq kimi Ümumdünya Gömrük Komitəsinin baş katibi (WCO) Kunio Mikuriya iştirak edir.
Tədbiri giriş sözü ilə Universitetin rektoru Ədalət Muradov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, WCO-nun baş katibi Kunio Mikuriya açıblar.
Konfransa Azərbaycan, Litva, Ukrayna, Laos, Çin, Özbəkistan, Rusiya, Macarıstan, Makedoniya, İtaliya, ABŞ və WCO-nin mütəxəssisləri tərəfindən 27 məruzə təqdim edilib. Tədbir "İqtisadi tənzimləmə vasitələri - beynəlxalq ticarətə dəstək" və "Dövlət nəzarət formaları - hüquqi tənzimləmə" mövzularında paralel sessiyalarla davam edib.
report.az