Bakıda “Momentous” adlı fərdi rəsm sərgisi açılacaq
27.1.2017

Fevralın 3-də Bakıda gənc impressionist rəssam Nərmin Sadıqovanın “Momentous” adlı fərdi rəsm sərgisi açılacaq. “Gallery 1969” sərgi salonunda gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Bu barədə rəssam özü məlumat verib. Onun sözlərinə görə, sərgidə müxtəlif janrlı 50-dək sənət əsəri nümayiş olunacaq. Sərgilənəcək əsərlər arasında bir sıra mövzularla yanaşı, vətənpərvərlik mövzusunu əhatə edən portretlər də yer alacaq.

Rəssam sayca üçüncü sərgisi olan “Momentous” vasitəsilə öz xəyal dünyasını bölüşəcək.

Sərgi iki gün davam edəcək.

Qeyd edək ki, N.Sadıqova bir sıra xarici incəsənət festivallarında ölkəmizi layiqincə təmsil edib.

azertag.az