Hansı ölkədə insanlar nə qədər yatırlar
27.1.2017

Avstraliya və ABŞ alimləri hansı ölkədə insanların daha çox yatdığını müəyyən etmək üçün tədqiqat aparıblar.

Tədqiqatın nəticələrinə görə, dünyada ən çox yatan insanlar Argentina sakinləridir.

Bu ölkədə orta hesabla sutkada 10 saat 16 dəqiqə yatırlar.

Dünyada ən az Yaponiya sakinləri yatırlar. Gündoğan ölkədə gecə istirahətinin müddəti orta hesabla 7 saat 16 dəqiqədir.

Alimlər hesab edirlər ki, yaponlar az yatırlar.Bunun səbəbi yüksək əməksevərlilik və onların dözümlü olmasıdır.

Rusiyalılar 9 saat 20 dəqiqə yatırlar. Tədqiqatçılar bildirirlər ki, bu göstərici sutkalıq yuxu normasını keçir. Böyük adamların sutkalıq yuxu norması 8 saat hesab olunur. Rusiyada orta statistik sakin axşam saat 22:43-də yatır və səhər saat 07:54-də durur.

Yuxusuzluq beynin fəaliyyətini pozur Amerikalılarda orta yuxu həddi 8 saat 31 dəqiqədir. Avropalılar isə Cənubi Koreya sakinləri ilə eyni qədər yatırlar. Avropada yuxu müddəti 8 saat 55 dəqiqədir, Cənubi Koreyada isə 8 saat 57 dəqiqə.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, tədqiqatın aparıldığı 6 il ərzində Avropada yuxunun müddəti azalıb, Şərqi Asiyada isə artıb. Şimali Amerikada isə yuxu rejimi ümumiyyətlə dəyişməyib.

Bu rəqəmləri tədqiqatçılar 2006-2012-ci illər ərzində apardıqları tədqiqat zamanı əldə ediblər. Bu məlumatlar internetdə fəal olan 645 şəhərin sakinləri haqqında toplanan informasiyalar əsasında qeydə alınıb. Alimlər müşahidə ediblər ki, həmin şəhərlərdə insanlar səhər saat neçədə internet şəbəkəsində peyda olurlar və axşam saat neçədə oradan çıxırlar. Odur ki, onların qiymətləndirməsi dəqiq yox, nisbətdə hesablanıb.

trend.az