Londonda Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə təntənəli qəbul keçiriləcək
4.10.2011

Oktyabrın 19-da Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə təntənəli qəbul keçiriləcək. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Britaniyadakı səfirliyi və Avropa Azərbacan Cəmiyyəti tərəfindən təşkil edilir.
Qəbul Azərbaycanın son 20 ildə qət etdiyi yolu və inkişaf dinamikasını əks etdirən sərgi ilə müşayiət olunacaq. Tədbirdə “Rast” caz qrupunun və son “Eurovision” qalibləri Eldar və Nigarın çıxışları da nəzərdə tutulub.