Azərbaycan və Ukrayna arasında Sosial Siyasət sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
27.1.2017

Bu gün Bakıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Respublikasının Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı” imzalanıb. Sənədi Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Ukraynaın sosial siyasət naziri Andrey Reva imzalayıb.
Proqram əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin, dövlət məşğulluq xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, işsizlik sığortası sisteminin tətbiqi, əmək münasibətləri, əməyin mühafizəsi, peşə standartlarının hazırlanması və təsdiqi qaydası, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial xidmətlərin göstərilməsi və bu sahədə könüllü fəaliyyət, ahıl şəxslər üçün stasionar xidmət modelinin yaradılması sahələrində təcrübə mübadilələri nəzərdə tutulur. Sənəddə təcrübə mübadilələri üçün, həmçinin pensiya sisteminin qüvvədə olan mexanizmi, məcburi dövlət sosial sığorta sisteminin fəaliyyəti, sosial sığorta sisteminin idarə edilməsi və onun islahat istiqamətləri, əhaliyə sosial dəstək üzrə qüvvədə olan proqramlar və sistemlər, əlilliyi olan şəxslərin reabilitasiyası, protez-ortopedik vasitələrin istehsalı və s. sahələr müəyyən edilib.

report.az