Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirəcək
27.1.2017

Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Azərbaycanda reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

Bu, Rusiya Hava Nəqliyyatı Agentliyinin saytında yer alan Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, “Uralskie avialinii” həftədə dörd dəfə olmaqla Sankt-Peterburq-Gəncə marşrutu ilə uçuşlar həyata keçirmək hüququ qazanıb.

Bundan başqa, protokolda “Uralskie avialinii” tərəfindən Sankt-Peterburq-Bakı reysinin də həyata keçirilməsi üçün səsvermə keçiriləcəyi yer alıb.

trend.az