Yanvarın 28-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında səhnələşdirilən tamaşada hadisələr 1914-1920-ci illəri əhatə edir. Romanı teatr üçün Valentina Reznikova hazırlayıb.
Azərbaycan aristokratiyasının həyatından maraqlı faktlar, Bakının o dövrdəki mədəni və ictimai həyatı, ayrı-ayrı xalqların (Azərbaycan və Gürcüstan) mədəniyyətinə və inancına malik olan sevgilərin qarşılıqlı münasibətləri, həmçinin Əli və Ninonu bir-birindən ayıran faciəli hadisələr – bütün bunlar quruluşçu rejissor İlqar Safatın hazırladığı tamaşada əksini tapıb.
Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan səhnə əsərində Əli obrazını Murad Məmmədov, Nino surətini Həcər Ağayeva ifa edib.
azertag.az