Beynəlxalq araşdırmalara görə, bizim fərdi xüsusiyyətlərimiz beynin müxtəlif hissələrinin qalınlığı və həcminin fərqli olması ilə əlaqədardır.
İngiltərə, ABŞ və İtaliya tədqiqatçıları 500 gənc və sağlam könüllü üzərində araşdırma aparıblar. Könüllülər 5 fərdi xüsusiyyəti qiymətləndirmək üçün hazırlanan anketləri doldurublar: nevrotizm (pis əhval ruhiyyəlilik), ekstraversiya (həvəslilik), açıqlıq (açıq fikirlilik), xoşluq (ixtilafsızlıq) və vicdanlılıq. Nəticədə müxtəlif xüsusiyyətlərin beynin xarici təbəqəsinin qalınlığı və ümumi həcmindəki fərqlərlə bağlı olduğu aşkarlanıb. Belə ki, beyni daha qalın və daha az büzüşmüş xarici təbəqələrə sahib olanlar daha nevrotik tendensiyalar göstəriblər. Açıq fikirli insanların beyin qatlarının daha incə olması üzə çıxıb.
Alimlər nəticələrin doğruluğunu yoxlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər. Bu tədqiqatlar vasitəsilə gələcəkdə əqli sağlamlıq haqqında daha dolğun məlumat əldə etməyin mümkün olduğunu qeyd ediblər.
azertag.az