Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutan və üç gün davam edən Yapon Film Festivalına yekun vurulub.
“Ləndmark” biznes-mərkəzində gerçəkləşən festival çərçivəsində 5 yapon filmi təqdim edilib.
Yapon dilində səslənən filmləri tamaşaçılar Azərbaycan dilində subtitrlər vasitəsilə izləyiblər.
Qeyd edək ki, “Sən yaxşı uşaqsan” “Məktub”, “Çevrəmizdəkilər”, “Pekorosun anası ilə görüş” və “Kaitan şəhərinin əhvalatları” filmləri gündə üç seans olmaqla nümayiş edilib.
Ekran əsərləri kinosevərlər tərəfindən maraqla qarşılanıb.
azertag.az