Ötən il Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 220 mindən çox zəng daxil olub
30.1.2017

Ötən il Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olan 220 min 399 zəng üzrə 238 min 889 sual cavablandırılıb.

Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 1 milyon 737 min 459 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 298 min 43 SMS göndərilib.

Həmçinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 4 milyon 493 min 844 daxilolma qeydə alınıb. Vergiödəyicilərinə xidmət strukturlarında 507 min 804 vətəndaş qəbul edilib, onlara 816 min 698 xidmət göstərilib.

2017-ci ilin yanvarın 1-nə vergiödəyicilərinə verilmiş “ASAN imza” sertifikatlarının ümumi sayı 255 min 536 olub.

azertag.az