Qoç - İşgüzar ünsiyyət üçün əla gündür: görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə məhəbbət macərasının başlanması da mümkündür.
Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin. Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.
Buğa - Uğurlu gündür. Vaxtınızı hədər yerə sərf etməsəniz, çox şey qazana bilərsiniz. Sərbəstlik göstərmək, əvvəllər heç kimin təqdirini qazanmamış müəyyən planlarınızı gerçəkləşdirmək üçün yaranan yaxşı imkandan istifadə etməyə çalışın. İstənilən problemin həllinə yaradıcı yanaşın.
Gün xoş ünsiyyət vəd edir. Yeni tanışlıqlar mümkündür, amma bunların ciddi münasibətlərə çevriləcəyi ağlabatan deyil. Valideyn Buğaları uşaqlarının uğurları sevindirəcək. Ailə tədbirləri, bayramlar əla keçəcək.
Əkizlər - Kommersiya baxımından əla gündür. Bağladığınız sövdələr böyük gəlir vəd edir, gözləmədiyiniz yerdən də iri məbləğdə pul ala bilərsiniz. Peşəkar nüfuzunuz artır. Sizin rəyinizi daha yüksək vəzifə tutan insanlar da dinləyirlər.
Səfərlər və səyahətlər üçün münasib gündür - həm iş məsələlərini həll edə, həm də əylənə bilərsiniz. Sizi intuisiyanız idarə edir və çox hallarda o haqlıdır. Günün ikinci yarısı həm dostlarla, həm də sevgilinizlə görüş üçün əladır.
Xərçəng - Məhsuldar gündür, bir çox işinizdə irəliləyiş və uğur gözlənilir. Əvvəllər başladığınız işləri davam etdirin. Əgər ətrafınızdakıların sizi dəstəkləmədiklərini sezsəniz, qanınız qaralmasın: hazırda bütün problemlərin öhdəsindən gələ biləcək qədər gücünüz var. Günün ikinci yarısı anlaşılmazlıq səbəbindən yaranan münaqişələrin yatırılması ilə keçəcək.
Dünyagörüşünüzü genişləndirməyə çalışın. Erudisiya, xüsusi biliklər tələb edən işlərlə məşğul olmaq olar. İntellektiniz və təbii cazibəniz ətrafınızdakılara güclü təsir edir.
Şir - Ünsiyyət üçün xoş gündür, xeyli görüş və söhbət gözlənilir. Təəssüf ki, xoşəgəlməz insanlarla da görüş qaçılmazdır, amma siz pis təsir altına düşməyəcək, özünüzü idarə etməyə imkan verməyəcəksiniz. Dediyinizin üstündə durun, amma kimsənin sizi qəddarlıqda və aqressivlikdə günahlandırmasına şərait yaratmayın.
Yaxınlarınızla nəzakətli olun, sərt iradlardan, başqalarını incidəcək zarafatlardan çəkinin. Əzizlərinizlə aranızda fikir ayrılıqları yaranır, ancaq bir qədər özünüzə əziyyət versəniz, ailədə sakitliyi qoruyub saxlaya bilərsiniz.
Qız - Lazımi dalğaya köklənməyiniz vacibdir. Gün çox asan və xoş ola bilər. Amma bir çox Qızlar özlərinə problem yaradırlar. Məhz bunu etmək lazım deyil. Hər dəqiqənizə sevinin, sizdə ən gözəl alınan işi görün, xoşunuza gələn insanlarla ünsiyyət qurun, yarana biləcək problem və çətinliklər barədə isə düşünməyin.
Həmfikir tapa bilərsiniz. Son zamanlar aranızın pis olduğu adam da nəhayət yumşala bilər. Səmimi olun - ikiüzlülük sizə heç yaraşmır.
Tərəzi - Risk etməyə həvəslisiniz. Davranışlarınızın nəticəsini təxmin etmək çox çətindir. Bu o qədər də pis deyil, çünki bəxtiniz gətirir və düzəldilməsi mümkün olmayan səhvlər etmirsiniz. Rəğbət bəsləmədiyiniz insanlar həyatınıza müdaxilə etmək istəyəcəklər. Maraqlıdır ki, bunlarla təmaslar sizin üçün faydalı olacaq.
Təhsildə uğurlar qazana bilərsiniz. Qiymətli məlumat almaq imkanınız var. Yalnız özlərinin deyil, ətrafdakıların problemləri ilə də maraqlanan Tərəziləri uğur gözləyir. Dost və yaxınlarınız köməyinizə görə minnətdar olacaqlar.
Əqrəb - Məntiqinizə güvənin, məhz o, bu gün yaranan bir çox sualların cavabını tapmaqda sizə kömək edəcək. Sözləriniz inandırıcıdır, köməkçi və tərəfdaş tapmaq sizə çətin deyil. Görüşlər də pis keçmir, ancaq uzun-uzadı söhbətlər sizi çox yora bilər. İmkan varsa, görüşləri yazışmalarla əvəz edin.
Gözlənilməz görüşlər qeyri-adi, emosiyalarla dolu münasibətlərin əsasını qoya bilər. Bir çox Əqrəblər ilk baxışdan yeni tanışları barədə düzgün olmayan rəy formalaşdıracaqlar, ancaq qorxmağa dəyməz, peşmançılıq olmayacaq.
Oxatan - Möhtəşəm uğurlara ümid azdır. Ancaq əhvalınız gözəldir və nikbinsiniz. Tez, ya da gec istədiyinizə çatacağınıza əminsiniz. Hətta ətrafınızdakıların skeptik rəyləri də sizi fikrinizdən daşındırmır. Müxtəlif yeniliklər, yaradıcı eksperimentlər üçün uğurlu gündür.
Qəfildən sizə qonaq gəlməyi qərara alan uzaq qohumlarınızla ünsiyyət çox vaxtınızı alacaq. Üzünüzü yumşaq görüncə qonaqlarınız sizdə xeyli müddət qala bilərlər, xəbəriniz olsun.
Oğlaq - Başqalarının işi ilə məşğul olur, özünüzə vaxt ayırmırsınız. Ancaq bu sizi azacıq da olsa, narahat etmir. Gün başqalarının qayğılarını çəkmək, maraqlarını müdafiə etmək, ümumiyyətlə ədalət uğrunda çarpışmaq üçün çox münasibdir. Sizin problemləriniz tədricən ikinci plana keçir və kimsə sakitcə onların həlliylə məşğuldur.
Pul ala bilərsiniz. Bəzi Oğlaqlar maliyyə problemlərinin gözlənilməz və çox uğurlu həllini tapacaqlar. Ağlınıza orijinal ideyalar gələcək. Şəxsi biznesinizə yatırımlar edə bilərsiniz.
Dolça - Standart həllər və yoxlanılmış metodlar sizi qane etmir. Başınızı sındırmaq, velosiped ixtira etmək, lazım olmadığı halda özünüzə məxsus bir kəşf etmək xoşunuza gəlir. Belə yanaşma ilə nə isə əldə edəcəyinizi düşünməyin, ancaq hər halda darıxmayacaqsınız. Peşənizlə bağlı dəyişikliklər, qəfil təkliflər almağınız mümkündür.
Xarici dillərin öyrənilməsi, yaxud uzaqdan gələn insanlarla ünsiyyət faydalı olacaq. Qeyri-adi, ekzotik, sirlə dolu hər şey diqqətinizi cəlb edir. Gündəlik iş və qayğılar barədə isə nədənsə tez-tez və insafsızcasına unudursunuz.
Balıqlar - Ünsiyyətdə əsl diplomatsınız, əhsən! Lazımi sözləri vaxtında deyə bilirsiniz və bununla münaqişələrin yaranmasının qarşısını alırsınız. İti intuisiyanız sayəsində ətrafınızdakılarla asan dil tapırsınız. Ancaq hamıya tez inanırsınız. Bax bunu etmək lazım deyil, işlərinizi axsada bilər.
Şəxsi həyatınızda «hava» xoşdur. Yaxınlarınız qayğınıza qalır, güzəştə gedir, sizi sürprizlərlə sevindirirlər. Hissləriniz etiraf etmək, sevgilinizə nikah təklif etmək üçün çox uğurlu gündür.
Milli.Az