Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub
30.1.2017

Uşaqların mina təhlükəsindən qorunması üçün Qazax rayonunun Ermənistanla həmsərhəd bölgəsi olan Daş Salahlı kənd 2 saylı tam orta ümumtəhsil məktəbində Təhlükəsiz Oyun Meydançasının açılışı olub.

Qızıl Aypara Cəmiyyətinin Qazax rayon təşkilatının layihəsi əsasında Litva dövlətinin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa edilmiş Təhlükəsiz Oyun Meydançası uşaqların istifadəsinə verilib.

Layihənin məqsədi uşaqları oynamaq üçün təhlükəsiz meydançalar və asudə vaxt keçirmək üçün qorxusuz yerlərlə təmin etməkdir. Oyun meydançalarının yaradılmasında və müharibədən zərər çəkmiş ərazilərdə yaşayan gənclər üçün təhlükəsizlik işarələrinin çəkilməsində uşaqlar yaxından iştirak edib.

Bu oyun meydançaları Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən bölgələrində həyata keçirilən layihənin bir hissəsidir. Meydançanın açılışında Litvanın Azərbaycandakı səlahiyyətli səfiri Valdas Lastauskas , Qazax rayon ziyalıları, İcra hakimiyyətinin nümayəndələri və məktəb kollektivi iştirak edib.

Tədbirdə Valdas Lastauskas, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və həmçinin digər çıxış edən natiqlər təhlükəsiz oyun meydançasının mahiyyətindən danışıb. Sonra açılış rəmizni bildirən qırmızı lent kəsilib və təhlükəsiz oyun meydançası uşaqların istifadəsinə verilib.

Bu cür lahiyyələrin gələcəkdə də həyata keçiriləcəyini bildirən Litvanın Azərbaycandakı səlahiyyətli səfri səfiri V. Lastauskas Litva dövləti tərəfindən Azərbaycanda bu cür lahiyyənin ilk oluğunu bildirib: "Biz Azərbaycanda əsasən tibb və mədəniyyət sahəsində layihələr həyata keçirmişik. Bu dəfə isə çox maraqlı lahiyyə şəhərciyi yeniyetmələrin sağlamlığı üçün əlverişli olacaq. Mən yeniyetmələrə sağlamlıq arzu edirəm. İdman sağlamlıqdı və heç kəsə mane olmur. Mən istəyirəm bu uşaqlar gələcəkdə idman yarışlarında ulduz olsunlar".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı daş Salahlı kənd 2 saylı tam orta məktəbində açılan təhlükəsiz oyun medançasının Qazax rayonunda sayca 11-ci olduğunu bildirib.

trend