Rusiyada yeni ada meydana çıxmışdır
12.9.2012

Frans-İosif Torpağı arxipelaqında (Rusiya) yeni, 192-ci ada meydana çıxmışdır. Onu “Rusiya” atom buzqıran gəmisindəki ekspedisiyanın iştirakçıları kəşf etmişlər.

Yeni ada arxipelaqın cənubundakı Nortbruk adasında boğaz əmələ gəldikdən sonra yaranmışdır. Onun artıq səmadan şəklini çəkmiş və sahil hüdudlarının koordinatlarını müəyyənləşdirmişlər.

Arktika və Antarktika Elmi Tədqiqat İnstitutunun mətbuat xülasəsində deyilir: “Beləliklə, Arxangelsk vilayətinin Primorsk rayonuna daxil olan arxipelaqdakı adaların sayı 192-yə çatmışdır”.

Nortbruk adasının sahəsi 254 kvadratmetrdir. XIX əsrin sonu – XX əsrin əvvəllərində ondan qütb ekspedisiyaları bazası kimi istifadə olunmuşdur.
“Rusiya” atom gəmisində ekspedisiya sentyabrın 8-də başlanmışdır. Onun məqsədi “Şimal qütbü-39” Arktika stansiyasının iştirakçılarını növbəti ekspedisiya ilə əvəz etməkdir.

AzərTAc