Gənc rejissor Arzu Urşanın “Yerə dəyən top
göylərə qalxar” 46 dəqiqəlik sənədli film Rusiyanın Lipetsk şəhərində keçirilən VIII
Beynəlxalq İdman Filmləri Festivalında Olimpiya İdeallarına Sədaqət nominasiyasında
qalib elan edildi. Festivalında 27 ölkədən 100-dən artıq film
nümayiş etdirildi.
Bu il futbolun ölkəmizə gəlişinin 100 ili tamam olmuşdur və filmdə,
xalqın ən çox sevdiyi idman oyununun inkişaf mərhələləri, qələbələr və
məğlubiyyətlər, böyük futbolçular haqqında hekayələr əksini tapmışdır.
Əslində Lipetskdə filmə ilk baxış keçirildi.
“Yerə dəyən top göylərə qalxar” “Salnamə” studiyasında çəkilmişdir,
ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorlar Yuri
Yermolin və Nadir Mehdiyev, rəssam Fikrət Ələkbərov, montaj Sergey
Kolmıkov, fotoqraf Elşən Əliyev.