“Uğurlu rəsm əsəri” müsabiqəsinə yekun vurulub
31.1.2017

Yanvarın 30-da “Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda baş tutan sərgi ilə eyniadlı müsabiqəyə yekun vurulub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, müsabiqəyə çoxsaylı sənət əsərləri təqdim olunmağına baxmayaraq, münsiflər tərəfindən yekunda sərgilənmək üçün 17 rəngkarlıq, 11 qrafika, 8 heykəltəraşlıq və 6-dək xalçaçılıq, yağlı boya, akvarel və batika janrında olan əsərlər seçilib.

Hər bir iştirakçıya uğur arzulayan F.Xəlilov sonda tanınmış rəssam Hacımirzə Fərzəliyevin “Pirə doğru” sənət əsərinin “Uğurlu rəsm əsəri” olduğunu bildirib.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən müsabiqənin nəticəsinə uyğun olaraq qalib iştırakçıya diplom və pul mükafatı verilib.

Sərgi üç gün davam edəcək.

azertag.az