Ürək xəstəlikləri, onların diaqnostikası və müalicə yolları müzakirə olunacaq
31.1.2017

Fevralın 3-də “Böyüklərdə anadangəlmə ürək qüsurları” və “Pediatrik kardiologiya” mövzusunda elmi iclas keçiriləcək. Tədbir Azərbaycan Kardiologiya Cəmiyyəti və İşçi Qruplarının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə “Böyüklərdə anadangəlmə ürək qüsurları, erkən və differensial diaqnostika”, “Kimi, nə vaxt və necə müalicə etməli”, “Anadangəlmə ürək qüsurlarının invaziv yolla müalicəsi” mövzuları müzakirə olunacaq.

azertag.az