Ağstafa-Poylu avtomobil yolunda 4 körpü tikilir
31.1.2017

“Azəravtoyol”ASC tərəfindən Gəncə regionunun Ağstafa-Poylu avtomobil yolunda 3 və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda 1 olmaqla, 4 körpünün tikintisi işləri aparılır.

“Azəravtoyol”un mətbuat xidmətindən verilən məlumata görə, layihə Asiya İnkişaf Bankı ilə bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilir.

Layihənin baş podratçısı “Körpü Bina Tikinti” MMC və “Gəncə Körpü Tikinti-2” ASC konsorsiumu, texniki nəzarətçi isə İtaliynın “İRD” şirkətidir.

2017-ci ilin yanvarın 1-nə tikinti-quraşdırma işlərinin 68,12 faizi yerinə yetirilib.

Layihənin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

azertag.az