Rusiya iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə azərbaycanlı təyin olunub
31.1.2017

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin Sərəncamı ilə əslən azərbaycanlı olan Azər Talıbov bu ölkənin iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub.

Yeni nazir müavinin səlahiyyətlərinə kadr siyasəti, hüquq və maliyyə məsələləri daxildir. O, əvvəllər Rusiya Mərkəzi Bankında katibliyin rəhbəri vəzifəsində çalışıb.

Azər Talıbov 1979-cu ildə Moskvada anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, iqtisadiyyat elmləri namizədidir.

azertag.az