Azərbaycan-Qətər əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
31.1.2017

Yanvarın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

azertag.az