Natəvanın yubileyi qeyd olunacaq
12.9.2012

Xurşidbani Natəvanın 180 illik yubileyi keçiriləcək. Sentyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbir prezident İlham Əliyevin 3 aprel 2012-ci il tarixli sərəncamına əsasən keçiriləcək.

Tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının və digər ədəbiyyatsevərlərin qatılacağı zəngin proqrama malik tədbirdə şairənin həyat və fəaliyyətindən söz açılacaq, ona həsr olunmuş səhnə və ekran əsərlərindən parçalar nümayiş ediləcək, sözlərinə bəstələnmiş musiqi əsərləri, o cümlədən muğam üçlüyünün ifasında nümunələr səsləndiriləcək, bədii qiraət ustalarının ifasında şeirləri oxunacaq.

ANN.Az