Azərbaycanda yeni teatr mövsümü başlayır
13.9.2012

Sentyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı münasibətilə təntənəli mərasim keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, artıq ənənəyə çevrilmiş bu tədbir ölkəmizdə teatr sənətinin təbliğinə, tamaşaçı auditoriyasının genişlənməsinə xidmət edir.
Mərasimdə yeni mövsümün açılışı münasibətilə M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” respublika bədii-qiraət müsabiqəsinin qalibləri mükafatlandırılacaq və böyük ədibin “Lənkəran xanının vəziri” tamaşası göstəriləcəkdir.

AzərTAc