Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Treyninq Mərkəzində rezidentlər üçün "Təməl Cərrahi və Laporaskopik bacarıqlar" kursu başlayıb.
Klinikadan bildiriblər ki, kurs 6 gün davam edəcək.
Təlimlərdə əllərin yuyulmasından başlayaraq, cərrahi tikişlər, düyünlərin bağlanması, bağırsaq anastamozlarının qoyulması, ilkin laporaskopik vərdişlər və bu kimi bir sıra cərrahi bacarıqlar tədris olunur.
azertag.az