5 uşaq ananı ixtiraçıya çevirdi - FOTO
13.9.2012

34 yaşlı Emili Finç nə ustadır, nə də mühəndis. Lakin beş uşaq anası övladlarını məktəb və uşaq bağçasına aparmaq üçün baş sındırmalı idi.
Çox düşünüb-daşınandan sonra o, problemin həll yolunu tapdı.

CBS-ə istinadən verilən xəbərə görə, ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yaşayan 34 yaşlı Emili Finç beş övladının hamısını eyni vaxtda məktəb və uşaq bağçasına aparmaq üçün xüsusi konstruksiyalı velosiped hazırlayıb.
Daha doğrusu, o, bir neçə velosipedi calayıb, qarşısına da "tutumlu yer" birləşdirib.
Nəticədə "6 uşaq üçün velomexanizm" alınıb.

Mariya, Lüsi, Ben, Oliviya, Mayya və habelə, Mayyanın dostunu daşıması nəticəsində Emili son iki həftədə 4 kq arıqlayıb.

"Bu mexanizm unikaldır, çünki mən hazırlamışam və təkrarı da yoxdur. Əyləncə, idman və rahatlıqdır", - Emili deyib.

Milli.Az